İyun 17, 2025-13:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda səfərdə olan dünyaşöhrətli macarıstanlı yazıçı Şandor Lejak ilə görüş keçirilib

2025:05:14 - 16:58
in SOSİAL
A A

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünyaşöhrətli yazıçı Şandor Lejak ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səlahiyyətli nümayəndə qonaqları Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib, Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib.

Fuad Nəcəfli ölkəmizin iqtisadi və mədəni əlaqələrinin inkişafında Naxçıvanın özünəməxsus roluna diqqət çəkib. Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universitetinin bu əlaqələrin inkişafında mühüm pay sahibi olduğunu bildirib.

Qonaqları “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri ilə tanış edən Fuad Nəcəfli bu proqramda Naxçıvan Dövlət Universiteti üçün yeni kampusun inşa olunmasının və ali təhsil müəssisəsi üçün daha geniş fəaliyyət imkanlarının yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib. Vurğulayıb ki, bütün bunlar universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünyaşöhrətli yazıçı Şandor Lejak səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Macarıstanlı qonaq Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının, xüsusilə ikili diplom müqavilələrinin imzalanmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TÜRKSOY-un Baş katibi Sultan Raev, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin və Naxçıvan Dövlət Universitetinin rəhbər heyətləri görüşdə iştirak ediblər.

Əvvəlki Yazı

Azərbaycanda iki süni intellekt əsaslı aqreqat kənd təsərrüfatı sahəsində tətbiq olunur 

Növbəti Yazı

“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.