Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikasında Aərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri və qazilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, ehtiramlarını bildiriblər.