İyun 22, 2025-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda uşaq bağçalarına qəbul artıq elektron sistem üzərindən aparılacaq

2023:11:17 - 17:03
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələri noyabrın 16-dan başlayaraq ümumölkə informasiya sisteminə inteqrasiya olunur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi–texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək əməkdaşlar üçün təlimlər təşkil edilir.

Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sistemlərinə inteqrasiya olunmamışdı. Bu da uşaqların bağçalara qəbulunda bir sıra problemlər yaradırdı. Valideynlər uşaqlarını bağçaya yerləşdirərkən çətinliklərlə üzləşirdi.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunduqdan sonra 2024-2025-ci tədris ilindən artıq valideynlər uşaqlarının bağçalara qəbulunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirə biləcəklər. Belə ki, valideynlər ümumölkə üzrə bağçalara uşaq qəbulu ilə bağlı elandan sonra elektron kabinet yaratmaq imkanı əldə edəcəklər. Həmçinin bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemi 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmə imkanı verir. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim edəcək və uşağın qəbulu aparılacaq.

Sistemin əsas məqsədlərindən biri də muxtar respublika üzrə məktəbəqədər təhsil müəssisələri və bu müəssisələr daxilində olan uşaq və heyət haqqında bütün məlumatları vahid bir bazada saxlamaqdır.

Əvvəlki Yazı

Bakıda SPECA həftəsi keçiriləcək

Növbəti Yazı

Sahibə Qafarova Ermənistanın yalanlarını növbəti dəfə ifşa edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.