Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Ali Məclisin digər qərarı ilə Ceyhun Cəlilov MR-in yeni Baş naziri təyin olunub.
Qeyd edək ki, Ceyhun Cəlilov indiyədək Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.