Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mart ayının sonlarından başlayaraq Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən Araz çayından qidalanan “Araz-1” və “Araz – 2” nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.