AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O bildirib ki, Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərini dəstəkləyirik. Bu da əməkdaşlığımızın tərkib hissəsidir.