İyun 20, 2025-11:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir: “Azərbaycan Qırğızıstan ilə turizm sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirir”

2023:11:21 - 11:31
in İQTİSADİYYAT
A A
Azərbaycan ilə Qırğızıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri inkişaf edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

“Qırğızıstan regionumuzda xüsusi rol oynayır. Ticarətin artımı üçün səmərəli fəaliyyət göstərir və əlaqələrimiz genişlənir. Bu il biz birgə İnvestisiya Fondu da yaratmışıq. Bizim Qırğızıstana yatırdığımız investisiyalar burada çox sahəli layihələr həyata keçirdiyimizi göstərir”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, İnvestisiya Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşir.

Fond fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və s.

Azərbaycanın İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisini planlaşdırır. Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə 3 il ərzində hotelin tikintisini və işlərin 70 %-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.

Əvvəlki Yazı

Milli Məclisin iclası başlayıb, gündəlikdə 21 məsələ var

Növbəti Yazı

Milli Məclisin sədri ABŞ Senatının qəbul etdiyi sənədi pisləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.