Sentyabr 14, 2025-11:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir: “Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır”

2024:05:20 - 11:13
in İQTİSADİYYAT
A A

Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78 % artıb: “Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var”.

Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq: “Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq”.

M.Cabbarov bildirib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur: “Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir.

Orta dəhliz effektiv işləyir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 %-lik artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 % artıb”.

Nazir kənd təsərrüfatı məhsullarının emalı sahəsiə layihələrə investisiyları nəzərdən keçirməyi məsləhət görüb.

“Sənaye zonaları qarşııqlı maraqlar əsasında əməkdaşlıq üçün daha gözəl imkandır. Bakı Beynəlxalq Ticarət Limanı yaxınlığında olan Ələt azad iqtisadi zonası beynəlxalq investorlarla işgüzar təmaslara hazlrdır. O, investorlara müxtəlif güzəştlər təklif edir”, – M.Cabbarov əlavə edib.

Əvvəlki Yazı

İran Xarici İşlər Nazirliyi Rəisinin ölümünə baxmayaraq, ölkənin maraqlarını müdafiə etməyə davam edəcəyini bildirib

Növbəti Yazı

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.