Sənaye və texnologiya parkları, o cümlədən Azərbaycanın Ələt Azad İqtisadi Zonası və Qazaxıstanın müvafiq iqtisadi zonaları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə birgə brifinqdə deyub.
Nəqliyyat-kommunikasiya istiqamətinə gəlincə nazir bildirib ki, Orta Dəhlizin ayrılmaz komponenti olan Beynəlxalq Trans Xəzər Nəqliyyat marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsi, habelə Rəqəmsal İpək Yolu Layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralı layihəsi Azərbaycan-Qazaxıstan əməkdaşlığının dinamik xarakter almasına xidmət edəcək.