“Bəzi dairələrin öz qərəzli siyasəti xarici siyasətimiz üçün müəyyən çağırışlar yaratsa da, bu çağırışların öhdəsindən gəlməyə müvəffəq olduq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
“Xarici siyasətimiz məzmun baxımından zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətimizin milli maraqlarının təmin olunmasına yönəlib. 2023-cü il Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub”.