ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri dünya mətbuatında geniş əks-səda doğurub. Blinkenin Ankaraya ayaq basdığı ilk dəqiqələrdən soyuq qarşılanması və xarici işlər naziri Hakan Fidanın görüş zamanı uzaq münasibəti beynəlxalq mətbuatın gündəminə çevrilib.
Xarici işlər naziri Fidan ilə amerikalı həmkarı Blinken arasında təxminən 3 saat davam edən görüşdə nazir Fidanın Blinkenə olan uzaq münasibəti diqqət çəkib. Görüş zamanı çəkilən fotoda nazir Blinken Məscidül-Əqsanın ay-ulduz şəklində təsvir olunduğu heykəlciyin yanında əyləşdiyi görülüb. Bundan əlavə, gecə saatlarında Türkiyəyə gələn nazir Blinkeni Esenboğa hava limanında Ankara valisinin müavini Namık Kamal Nazlı qarşılayıb. (Haberler.com)