“Hazırda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin olunması ilə bağlı işlər görülür”.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, ali təhsil sahəsində prioritetlərin əldə olunması istiqamətində bir çox işlər görülüb: “Tanınma ilə qaydaların yenilənməsi tək boloniya prosesinin tələblərinə uyğunlaşmaq deyil, həm daha yaxşı öyrənmək imkanları tətbiq etmək məqsədi daşıyır”.
H.Həsənli əlavə edib ki, qeyri-formal kvalifikasiyaların tanınması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi üzərində iş gedir: “İş yerləri kvalifikasiyalarının tanınması və qəbul olunması ilə bağlı müzakirələr gedir. Eyni zamanda, bu prosesin düzgün təşkili üçün resurs bazasının yenidən qurulması, mütəxəssislərin sayının artırılması əsas hədəflərdəndir”.