İyun 18, 2025-1:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir müavini: Baramaçılıq kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindəndir

2024:05:02 - 13:23
in İQTİSADİYYAT
A A

Bu gündən Azərbaycanda yeni barama mövsümünə start verilir. Cari mövsümdə kümçülərə 9000 qutu ipəkqurdu toxumunun əvəzsiz olaraq paylanması nəzərdə tutulur. Artıq toxumların inkubasiyası başa çatıb və toxumların kümçülərə paylanmasına başlanılıb. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş 3250 qutu ipəkqurdu toxumu 19 rayon üzrə kümçülərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 2-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya nəticəsində əldə olunan ipəkqurdlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.

Nazir müavini deyib: “Yaxın 3 gün ərzində, ümumilikdə, 40 rayon üzrə ipəkqurdu toxumunun paylanması təmin olunacaq. Kümçülərə toxumların verilməsi təkcə Qax Damazlıq İpəkçilik Stansiyasında deyil, eyni zamanda, Zərdab, Bərdə, Ağsu və Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində də həyata keçirilir”.

Baramaçılığın kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindən biri olduğunu vurğulayan nazir müavini qeyd edib ki, bu sahə həm də bölgələrdə məşğulluğun təmin olunması baxımından sosial əhəmiyyət kəsb edir.

“Kənd Təsərrüfatı Nazirliyinin 2024-cü il baramaçılıq mövsümü üçün əsas hədəfi orta məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaqdır. Təbii ki burada əsas məsuliyyət baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin üzərinə düşür. Yeni barama mövsümünün başlanması münasibətilə kümçülərimizi təbrik edir, onlara bol məhsul arzulayırıq”, – deyə Sarvan Cəfərov əlavə edib.

Əvvəlki Yazı

İstismarına icazə verilən obyektlərin çıxarışla təmin olunması davam edir

Növbəti Yazı

Uşaqların idmanla məşğul olmasında 5 fayda

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.