İyul 16, 2025-14:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə heyvanlar peyvənd edilir

2024:07:02 - 11:34
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyi (KTN) işğaldan azad edilmiş ərazilərdə dabaq xəstəliyindən azad zonanın yaradılması istiqamətində tədbirlər həyata keçirir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov zoonoz xəstəliklərlə mübarizəyə həsr olunan beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyvəndlər Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında aparılır və qismən Laçın, Füzuli və Xocavənd rayonlarını əhatə edir.

“Bütün bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində uğurla davam etdirilir”, – o bildirib.

S.Cəfərov vurğulayıb ki, qida təhlükəsizliyi, eləcə də heyvanların sağlamlığı təmin edilməsi üçün beynəlxalq standartların və təlimatların hazırlanmasında beynəlxalq təşkilatlar, eləcə də aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) ilə əməkdaşlıq çox yüksək qiymətləndirilir. Xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması ilə yanaşı, onların aradan qaldırılmasında da irəliləyişlər əldə edilib. Belə nümunələrdən biri də WOAH-nin Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən (PPR) azad ölkə statusunu tanımasıdır”.

Əvvəlki Yazı

Çin NATO-nu alyansın Ukrayna böhranındakı rolu barədə düşünməyə çağırır

Növbəti Yazı

“Azərsilah” dövlət qeydiyyatına alınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.