“Məktəblərdə psixoloq ştatları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Qərara əsasən, şagird sayı 1000 nəfərə qədər olan məktəblərdə 1, 1000-3000 nəfər olduqda 2, 3000 nəfərdən çox şagird olduqda 3 psixoloq ştatı müəyyən edilib”.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələıəri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, lakin çalışan psixoloqların neçəsinin müvafiq ixtisasa sahib olması sualdır:
O bildirib ki, lakin çalışan psixoloqların neçəsinin müvafiq ixtisasa sahib olması sualdır:
“Müəllimlərlə psixoloqların maaşlarının fərqinə gəldikdə isə səbəb əməkhaqların fərqli formada hesablanması ilə bağlıdır. Lakin növbəti dövrlərdə bu fərqlərin aradan qaldırılması təmin ediləcək”.