İyun 16, 2025-22:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir müavini: “Sənaye zonalarında 96 sahibkara rezidentlik statusu verilib”

2025:04:25 - 11:56
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, ölkənin müxtəlif bölgələrində yerləşən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

“2021-2024-cü illərdə sənaye zonalarında 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlərin ümumilikdə 10 800-dən çox iş yeri yaratması nəzərdə tutulur”,- deyə o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədəki sənaye parkları arasında ikincidir: “Artıq burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, ixrac olunur”.

“Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin yenilikçi təşəbbüsləri həm onların fəaliyyətini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, işğaldan azad olunmuş ərazilərdə bu təşəbbüslərin çox uğurlu nümunələri var. İş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Bir neçə ildir ki, yaradılmasına baxmayaraq, vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlara yeni fürsətlər təqdim edir. Sizləri bu ərazilərdəki fürsətləri lazımınca dəyərləndirməyə, daha fəal təşəbbüslərlə çıxış etməyə dəvət edirik”, – deyə E.Əliyev vurğulayıb.

Əvvəlki Yazı

Elnur Əliyev: “Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb”

Növbəti Yazı

Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.