May 13, 2025-0:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazirlik: Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair narazılıqlar araşdırılır

2024:12:16 - 17:30
in İQTİSADİYYAT
A A

Azərbaycanda bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı narazılıqlar araşdırılır.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bəzi hallarda bələdiyyələr ümumi istifadədə olan örüş sahələrini icarəyə verməyə cəhd göstərirlər.

“Eyni zamanda, vətəndaşlar həmin sahələri icarəyə götürmək üçün müraciətlər edirlər. Lakin qanunvericiliyə əsasən, belə bələdiyyə torpaqları ümumi istifadədə qalmalı və icarəyə verilə bilməz. Bu qayda xüsusilə örüş və otlaq sahələrinə şamil edilir. Nəticədə, bu istiqamətdə müəyyən narazılıqlar yaranır”, – deyə nazirlik rəsmisi qeyd edib.

F.Tağıyev qeyd edib ki, hazırda Kadastr Məlumat Bazasında bələdiyyələrə məxsus torpaqlar arasında hansı örüş sahələrinin olduğunu müəyyənləşdirmək üçün işlər aparılır: “Məqsəd bələdiyyə torpaqlarındakı örüş sahələrinin hüquqi statusunu, idarəetmə qaydalarını aydın şəkildə təsbit etməkdir. Bu məqsədlə Kadastr Məlumat Bazasına mərhələli şəkildə yeni məlumatların daxil edilməsi planlaşdırılır. Bu, bələdiyyələrin mövcud və gələcək rəhbərlərinin örüş və otlaq sahələrinin konkret sərhədlərini kadastr xəritələrində görməsini təmin edəcək. Beləliklə, bu sahələrin qanunsuz icarə verilməsinin qarşısı alınacaq və vətəndaşlar həmin torpaqların ümumi istifadədə olduğunu dəqiq biləcəklər”.

Əvvəlki Yazı

“İrs” jurnalının xorvat dilində növbəti buraxılışı işıq üzü görüb

Növbəti Yazı

Müqəddəs Taxt-Tacın katibi Tolerantlıq Evi ilə tanış olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.