İyul 2, 2025-10:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib

2025:01:14 - 13:12
in SOSİAL
A A

İxtioz və bullyoz epidermoliz xəstəliklərinin (genetik qüsurlar nəticəsində yaranan dəri zədələnməsi) müalicəsində istifadə olunan dərman preparatlarının molekulyar tərkibi dəyişməyib.

Bu barədə uşaqlara verilən bahalı dərmanların ucuz və keyfiyyətsiz tərkibdə dəyişdirilməsi iddiaları ilə bağlı Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır:

“Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər. Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir”.

Məlumata görə, hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib.

Bildirilib ki, dispanserizasiyadan keçən xəstələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir:

“Proqrama əsasən Komissiya bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilir. Nazirliyə müvafiq tədbirlər proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb”.

Xatırladaq ki, bir qrup valideyn bu gün Səhiyyə Nazirliyinin binasının qarşısında yuxarıda qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlara verilən bahalı və keyfiyyətli dərmanların dəyişdirilərək daha ucuzları ilə əvəz olunmasına görə etiraz edib.

Əvvəlki Yazı

“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır

Növbəti Yazı

STM-in Qərbi azərbaycanlılar arasındakı sorğusu Ermənistan tərəfinin yalanlarını ifşa edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.