Avqust 25, 2025-20:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Nazirlik radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

2024:01:11 - 16:34
in HADİSƏ
A A

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən “Report”a verilən məlumata görə, bu çərçivədə, qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Sahibkarlıq və qeyri-sahibkarlıq sahəsində aparılan nəzarət-yoxlama tədbirləri fəaliyyət sahələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyinə uyğun əvvəlcədən tərtib olunmuş suallar əsasında həyata keçirilir.

Qeyd edilib ki, bəzi hallarda müəssisə və təşkilatlar nəzarət-yoxlama tədbirlərinə qeyri-ciddi yanaşır, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına etinasız münasibət nümayiş etdirir. Bu isə sonda pozuntu aşkar olunmuş müəssisə barəsində qanunvericiliyin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi və ya müəssisənin radioloji fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara bir daha müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.

Əvvəlki Yazı

Azərbaycan Danimarka şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək

Növbəti Yazı

Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.