May 13, 2025-23:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Neftçala rəssamlıq məktəbinə həsr olunan seminar keçirilib

2025:04:28 - 16:50
in MƏDƏNİYYƏT
A A

Salyan Dövlət Rəsm Qalereyasında “İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi” adlı seminar keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, seminarda sənətşünaslar, rəssamlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi” mövzusunda çıxış edən sənətşünas Anar İbrahimov bu məktəbin Azərbaycan rəngkarlıq və boyakarlıq sənətinə verdiyi töhfələrdən danışıb. Məruzəçi bildirib ki, Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyev olub. Sonradan bu məktəbin davamçıları da özünəxas üslubda əsərlər yaradıblar. Sakit Məmmədov, Məmmədhüseyn Hüseynov, Fikrət İbrahimli, Mais Ağabəyov, Təbriz Abdullayev, Həsənağa Məmmədov, Nadir Bayrışov, İman Mustafayev, Nəriman Məmmədov, Nurəddin Nəzərov və başqa görkəmli rəssamlar Neftçala rəssamlıq məktəbinin yetirmələridir. Müasir dövrdə də Neftçala rəssamlıq məktəbinə yeni gənc simaların qoşulduğu diqqətə çatdırılıb.

Çıxış edən qalereyanın direktoru Kürçaylı Məmmədov Salyan Dövlət Rəsm Qalereyasının əsas fondunda saxlanılan Adil Hacıyevin “Mənzərə” əsəri barədə məlumat verib.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, Alleqoriya İncəsənət Platformasının rəhbəri Mədinə İlham, Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, tarixçi-tədqiqatçı Sahib Həsənov, Salyan rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, mədəniyyət işçiləri Lətif Zərbəliyev, Leyla Babayeva və digərləri Neftçala rəssamlıq məktəbi haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, yerlərdə bu cür seminarların təşkili paytaxt və bölgə sənətçiləri arasında körpü yaratmaq, regionlarda fəaliyyət göstərmiş və göstərən rəssamların daha çox tanıdılması üçün vacibdir.

Seminar diskussiya formasında davam edib. Sonra seminar iştirakçıları Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonu və iş fəaliyyəti ilə yaxından tanış olublar.

Əvvəlki Yazı

Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 24-də keçiriləcək

Növbəti Yazı

BMU-da IFEC 2025 beynəlxalq konfransının açılışı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.