Nepalın baş naziri, həm də partiyası Praçanda (“şiddətli”, “qorxulu”) adı ilə tanınan Puşpa Kamal Dahal, parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının etimadını qazanmayıb. Səsvermə hakim koalisiyanın dağılmasından sonra baş tutub.
Parlamentin sədri Dev Raj Ghimire baş nazirin onun lehinə 63, hökumətinin əleyhinə isə 194 millət vəkilinin səs verdiyini açıqlayıb. Bir deputat bitərəf qalıb. Səsvermədə ümumilikdə 258 deputat iştirak edib.
İndi prezident Ram Çandra Paudel yeni hökumətin qurulmasını tələb etməyə məcbur olacaq. (Tass)