Şiə Hizbullah hərəkatının silahlı birləşmələrinin komandirlərindən birinin məhv edildiyi Beyruta hücumdan sonra İsrail hər tərəfdən özünə qarşı təhdidlər qeydə alır və istənilən təcavüzə sərt cavab verməyə hazırdır. Bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində bildirib.
“İsrail vətəndaşları, bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan bəri müxtəlif tərəfdən təhdidlər eşidirik. İstənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq. İstənilən istiqamətdən təcavüzün qiyməti İsrail üçün çox böyük məbləğ tələb edəcək”, – o bildirib