İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilənə və anklavda hakim HƏMAS hərəkatı məhv edilənə qədər Qəzza zolağında müharibəni davam etdirəcək.
“Biz qələbəyə qədər mübarizə aparırıq. Müharibənin bütün məqsədlərinə çatana qədər dayandırmayacağıq: HƏMAS-ın ləğvi və bütün girovların azad edilməsi”, – Netanyahu ofisinin yaydığı bəyanatda bildirib.
“Həmas-a təklif etdiyim seçim çox sadədir: ya təslim ol, ya da öl” deyən baş nazir təklifini təkrarlayıb və qeyd edib ki, “onların (HƏMAS – TASS) başqa seçimi yoxdur və olmayacaq”. “Biz (İsrail – TASS qeydi) HƏMAS-ı məhv etdikdən sonra Qəzzanın bir daha İsraili heç vaxt təhdid etməyəcəyinə əmin olmaq üçün bütün gücümdən istifadə edəcəyəm” deyib. (Tass)