İsrail ordusu Qəzza zolağı üzərində daimi nəzarəti saxlamalı və onu kənar qüvvələrə təslim etməməlidir. Ynet portalı xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, sərhədyanı ərazilərdə yerli hakimiyyət baş nazirdən İsrail qüvvələrinin hazırkı hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında nə olacağı ilə bağlı aydınlıq tələb edib. “İsrail Müdafiə Qüvvələri sektor üzərində nəzarəti saxlayacaq, biz onu xarici qüvvələrə təhvil verməyəcəyik”, – deyə Netanyahu cavabında Ynet-dən sitat gətirib. (Tass)