İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenə İsrail ordusunun Qəzzadakı xəstəxana insidentində iştirak etmədiyinə dair “konkret sübut” təqdim etdiyini bildirib.
O vurğulayıb ki, materiallar Amerika liderinin gün ərzində səfərdə olduğu İsrailə uçuşundan əvvəl də verilib.
“Dünən gecə ABŞ prezidenti İsrailə səfər etməzdən əvvəl ona Qəzzada xəstəxananı vuran raketin İsrail Müdafiə Qüvvələrinin deyil, İslami Cihadın [Fələstin radikal təşkilatı] olduğuna dair konkret sübutlar təqdim etdim. Baş nazirin ofisindən verilən açıqlamada deyilir. (Tass)