İsrail ordusunun Qəzzada Əl-Şifa xəstəxanasına nəzarəti bərqərar etməsi İsrailin Fələstinin radikal HƏMAS təşkilatına qarşı niyyətinin ciddiliyini göstərir.
Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk ilə görüşündə deyib.
“Baş nazir bildirib ki, Əl-Şifa xəstəxanasının HƏMAS terror təşkilatının nəzarətindən azad edilməsi İsrailin HƏMAS-ı tamamilə məğlub etmək üçün istənilən yerə getmək qabiliyyətini və əzmini göstərir”, – Netanyahunun ofisinin görüşün yekunlarına dair bəyanatında deyilir. (Tass)