İsrail radikal HƏMAS hərəkatını məhv etmək üçün girovların azad edilməsindən sonra Qəzza zolağında döyüşləri davam etdirmək niyyətindədir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Almaniyanın Welt telekanalına müsahibəsində bildirib.
“Biz razılaşdıq ki, əvvəlcə qadın və uşaqlar, eləcə də əcnəbi girovlar azad edilsin. Bu baş verdikdən sonra biz döyüşü davam etdirəcəyik”, – Netanyahu bildirib. “Bizim HƏMAS-ı məhv etməkdən başqa seçimimiz yoxdur”, o əlavə edib.
Baş nazirin sözlərinə görə, İsrail Qəzza zolağında mülki əhalinin itkilərini minimuma endirmək üçün hər cür səy göstərir.
“Mülki əhalinin itkilərini minimuma endirmək üçün mümkün olan hər şeyi edirik. Biz bunu davam etdirəcəyik”, – o deyib. (Tass)