İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad edilməsinin ikinci mərhələsinin plana uyğun getdiyini qiymətləndirmək üçün ölkənin təhlükəsizlik rəsmiləri ilə təcili toplantı çağırıb. Bu barədə onun ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu razılaşmanın ikinci mərhələsinin [girovları azad etmək üçün] planlaşdırıldığı kimi getməsini təmin etmək üçün bütün təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə vəziyyətin qiymətləndirilməsi iclası keçirdi”, – deyə məlumatda bildirilir. (Tass)