İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girov Şiri Bibasın cəsədi əvəzinə Həmas hərəkatının radikalları naməlum Qəzza sakininin cəsədini təhvil veriblər və bunu “razılaşmanın qəddar və alçaq şəkildə pozulması” adlandırıblar.
Hökumət başçısının bəyanatı onun ofisi tərəfindən yayılıb.
“Həmas canavarlarının qəddarlığının həddi-hüdudu yoxdur. Onlar nəinki Yarden Bibasın atasını, Şirinin gənc anasını və onların iki azyaşlı uşağını qaçırıblar. Tərifi mümkün olmayan həyasızlıqları ilə Şirinin bacılarını, bu mələklərin yanında olmasına belə icazə vermədilər. Bunun əvəzində naməlum bir qadının cəsədini Hazanya hədə-qorxu ilə qaytarıblar.” (Tass)