Livanın şiə təşkilatı Hizbullah İsrailə qarşı müharibəyə girmək qərarına gəlsə, çox peşman olacaq. Bu sözləri Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
“Əgər Hizbullah səhv edib bu müharibəyə girərsə, onlar peşman olacaqlar ki, İkinci Livan Müharibəsi onlara gözəl yuxu kimi görünəcək. Onlar da Həmas kimi Livanın mülki əhalisini təhlükə altına qoyurlar və biz də buna məcbur olacağıq. Onlar müdaxilə etsələr, Hizbullaha vuracağımız zərər ağlasığmaz olacaq. Ona görə də ümid edirəm ki, cənab prezident, sizdən, bizdən və ABŞ-dan gələn xəbərdarlığa qulaq asarlar və bunu etməzlər. Əks halda onlar dəhşətli nəticələrlə üzləşəcək”, – Netanyahu xəbərdarlıq edib.
Oktyabrın 24-də İsrail prezidenti İsaak Hersoq da Makronla görüşündə demişdi ki, onun dövləti şimal sərhədlərində qarşıdurma istəmir, lakin Hizbullah şiə təşkilatı onu müharibəyə sürükləsə, Livan əməllərinin əvəzini ödəyəcək. (Tass)