İsrail girovları azad etmək üçün Fələstinin radikal Həmas hərəkatı ilə razılığa gələrsə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı təxirə salacaq. Bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu CBS televiziyasında bildirib.
“Əgər biz razılığa gəlsək, bu əməliyyat bir qədər ləngiyəcək”, o deyib. Buna baxmayaraq, Netanyahu əməliyyatın istənilən halda baş tutacağını vurğulayıb. “Ancaq bu baş verəcək. Razılığa gələ bilməsək, onsuz da bunu edəcəyik”, – o deyib.
İsrailin baş naziri əlavə edib ki, o, anklavın cənubunda əməliyyatların başlanmasından bir neçə həftə ərzində münaqişədə qələbə gözləyir. “Biz Rəfəhdə əməliyyata başlayanda döyüş əməliyyatlarının intensiv mərhələsinin bitməsinə həftələr qalacaq.Tam qələbə bizim məqsədimizdir və o, əlçatandır”- deyə o bildirib. (Tass)