İsrail İrandakı müdafiə sistemlərinə və raket istehsalı obyektlərinə ciddi ziyan vura bildi. Bu sözləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Knessetin (parlament) qış sessiyasının açılışında deyib.
“Biz (İsrail – TASS qeydi) İranın müdafiə sistemlərinə və onun raket istehsal etmə qabiliyyətinə ciddi ziyan vurduq, sənaye müəssisələrinə hücum etdik və onlara real ziyan vurduq”, – deyə Netanyahu bildirib. Onun sözlərinə görə, “[İsrailin] uzunmüddətli strategiyası İranın şər oxunu dağıtmaqdır” və həmçinin “Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır”. Baş nazirin çıxışı Knessetin saytında yayımlanıb.
Oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri “çoxsaylı davamlı hücumlara” cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib. İranın hava hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərə hücum edilib, lakin dəyən zərər məhdud olub. (Tass)