Artan beynəlxalq təzyiq altında olan İsrail təcrid olunmağa hazırlaşmalıdır və autarkiyə – iqtisadiyyatda maksimum özünü təmin etmək rejiminə keçmək məcburiyyətində qala bilər. Ynet portalı xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Maliyyə Nazirliyində keçirilən konfransda bildirib.
“Biz getdikcə daha çox autarkiyanın elementləri olan iqtisadiyyata uyğunlaşmalı olacağıq” dedi və ölkəsinin hazırda beynəlxalq səhnədə “yeni və mürəkkəb diplomatik reallıqla” üzləşdiyini etiraf etdi.
“Mən bu sözü bəyənmirəm (avtarkiya ) -Mən azad bazara inanıram və İsraili bazar inqilabına gətirmək üçün çalışmışam. Lakin biz müdafiə sənayemizin bloklanacağı bir vəziyyətə düşə bilərik. Biz yerli müdafiə sənayesini inkişaf etdirməli olacağıq”, – Netanyahu əlavə edib.
Onun sözlərinə görə, bunun səbəblərindən biri Fələstin-İsrail münaqişəsinə görə müsəlman azlıqların öz ölkələrinin hakimiyyət orqanlarına təzyiq göstərdiyi Qərbi Avropadakı vəziyyət, ən son texnologiyadan istifadə edərək ölkəsinə qarşı informasiya müharibəsi apardığı iddia edilən Qətər və Çinin hərəkətləridir. “Rəqiblərimiz bundan sui-istifadə edirlər. Çin və Qətər süni intellektə külli miqdarda pul yatırır və onlar ənənəvi mediadan daha çox gücə malikdirlər. Ənənəvi media isə beynəlxalq azlıqlara qoşulur. Bu, bizi təcrid vəziyyətinə salır. Biz bununla mübarizə aparmalı olacağıq” deyib. (Tass)