İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail İrana qarşı yönəlmiş regional ölkələrlə “yeni ittifaqlar” axtarır.
Baş nazir İsrail televiziyasında yayımlanan xalqa müraciətində bildirib ki, “İndiyə qədər biz İranla təkbaşına döyüşmüşük. Bu gün biz ABŞ ilə çiyin-çiyinə vuruşuruq, Prezident [ABŞ] Donald Trampla mənim aramda, eləcə də ABŞ ordusu ilə İsrail Müdafiə Qüvvələri arasında misli görünməmiş, tarixi əməkdaşlığı qoruyub saxlayırıq. Biz təkcə ABŞ ilə müttəfiqliyimizi gücləndirmədik, həm də regiondakı mühüm ölkələrlə ortaq İran təhdidinə qarşı yeni müttəfiqliklər qururuq”.
Netanyahu əlavə edib: “Ümid edirəm ki, tezliklə İsrail vətəndaşları, sizə bu vacib ittifaqlar haqqında daha çox məlumat verə biləcəyəm”.
