Oktyabrın 7-dən Fələstinin radikal HƏMAS təşkilatının oradakı hədəflərinə hücum edən İsrail ordusunun Qəzza zolağında keçirdiyi aksiyalar yəhudi dövlətinin bu hərəkatdan olan radikalların ona qarşı həyata keçirdiyi hücuma reaksiyasının başlanğıcıdır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz düşmənlərimizə böyük güclə, görünməmiş güclə cavab veririk. Vurğulayıram: bu, hələ başlanğıcdır. Düşmənlərimiz bunun bədəlini yenicə ödəməyə başlayıblar və bundan sonra nələrin baş verəcəyi ilə bağlı təfərrüatlara varmayacağam, amma deyəcəyəm ki, bu, yalnız başlanğıcdır” o, Televiziya ilə xalqa müraciəti zamanı deyib.
Netanyahu vurğulayıb ki, ABŞ prezidenti Co Bayden və digər dünya liderləri ilə söhbətlərində o, İsrailin “əhəmiyyətli beynəlxalq dəstək almasını” təmin edir. “Bu gün mən ABŞ-ın müdafiə naziri [Lloyd Ostin] ilə görüşdüm. Biz müharibənin davam etməsini, İsrailə böyük miqdarda sursatın, daha çox silahın gəlməsini təmin edirik”, – o qeyd edib.(Tass)