İsrailin baş naziri Benyamin Netanyahu iyulun 25-də Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək. Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu cümə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək”, – deyə məlumatda bildirilir.
İsrail Nazirlər Kabinetinin rəhbəri iyulun 24-nə nəzərdə tutulan Konqresdə çıxışından əvvəl iyulun 23-nə keçən gecə ABŞ-a gəlib. (Tass)