İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyat xidmətinin rəhbəri Mossad-ı göndərdiyini təsdiqləyib. David Barnea Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Avropaya səfər edib.
“Mən son vaxtlar Mossadın rəhbərini iki dəfə girovların azad edilməsi prosesini sürətləndirmək üçün Avropaya göndərmişəm”. “Mən bu məsələdə səyimi əsirgəməyəcəyəm, onların hamısını geri qaytarmaq lazımdır”, – Netanyahu oğurlananların ailələrinin nümayəndələri ilə Təl-Əvivdə İsrail Müdafiə Nazirliyi kompleksində baş tutan görüşdə deyib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
“Mən şəxsən bütün girovların azad edilməsinə sadiqəm. Onların xilası ən yüksək missiyadır”, – Netanyahu vurğulayıb.(Tass)
İştirak edənlərdən birinin sualına cavab olaraq Netanyahu deyib ki, “bir şeyə zəmanət vermək olar: biz (İsrail – TASS qeydi) dayanmayacağıq”.