İsrail İkinci Dünya Müharibəsindən sonra Almaniya və Yaponiya kimi Qəzzanı deradikalizasiya edə biləcəyinə ümid edir. Bunu İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Mark Regev deyib.
“Biz inanırıq ki, bu, mümkündür. [Radikal Fələstin hərəkatı] HƏMAS-ın hamımızın başına dağıntı və ölümlə nəticələnən bu dəhşətli müharibəni gətirməsi bir çox qəzzalıların gözündə Həmas-ın radikallaşma, ekstremizm və fanatizm yolunu gözdən salır. İkinci Dünya Müharibəsindəki qələbə Yaponiya və Nasist Almaniyası kimi indi sağlam demokratiya olan ölkələrin radikallaşmasına gətirib çıxardığı kimi, Qəzzada da buna bənzər bir şeyin baş verə biləcəyinə inanırıq”, o CNN telekanalında bildirib.
İsrail baş nazirinin daha əvvəl The Wall Street Journal üçün yazdığı məqalədə qeyd etdiyi kimi , Qəzzanın deradikallaşdırılması Həmas hərəkatının məhv edilməsi və Fələstin anklavının demilitarizasiyası ilə yanaşı, Qəzza zolağında sülhə nail olmaq üçün şərtlərdən biridir. (Tass)