İsraildə Netanyahu hökuməti təəccüblü hadisələrdən sarsılır. Müharibə Nazirləri Kabinetinin üzvləri Benny Gantz və Gadi Eisenkot tutduqları vəzifələrdən istefa etdikdən sonra nəqliyyat naziri Miri Regevə qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək yerli məmurlara üstünlük verdiyi iddiası ilə istintaq başladılıb. Araşdırmalar çərçivəsində nazirliyin aparatlarında reydlər keçirilib.