İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyəti İsrailin hazırda orada davam edən hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağına rəhbərlik etmək üçün məsuliyyəti öz üzərinə götürə bilməz.
“Düşünürəm ki, Fələstin Muxtariyyəti indiki formada Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürə bilmir”, o, mətbuat konfransında deyib.
Netanyahu əlavə edib ki, İsrail ordusu anklav uğrunda döyüşdükdən sonra Qəzzaya nəzarəti Abbasa təhvil verməyi qeyri-mümkün hesab edir. Bundan əlavə, o qeyd edib ki, Abbas oktyabrın 7-də HƏMAS-ın silahlı qanadından olan radikalların İsrailə qarşı həyata keçirdiyi hücumu hələ də pisləməyib.(Tass)