İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, yenidən qurulan və silahsızlaşdırılan Qəzza zolağında gələcəkdə radikal elementlərə yer olmamalıdır.
“Mənə aydın görünür ki, Qəzzanın gələcəyi necə olmalıdır. Bu döyüşün sonunda [Fələstin hərəkatı] HƏMAS yox olacaq, biz HƏMAS-ı təkcə özümüz üçün deyil, həm də sivilizasiya naminə məhv edəcəyik. Fələstinlilərin və israillilərin xatirinə. Biz Qəzzanın silahsızlaşdırıldığını, radikal elementlərdən təmizləndiyini və yenidən qurulduğunu görmək istəyirik”, o, noyabrın 9-da Fox News- a müsahibəsində deyib.
Hökumət başçısı əlavə edib ki, İsrail Fələstin anklavını tutmaq, işğal etmək və ya idarə etmək niyyətində deyil. Lakin bir müddət İsrailin HƏMAS-ın dirçəlişinin qarşısını almaq üçün “lazım gələrsə, Qəzzaya girəcək və qatilləri məhv edəcək etibarlı qüvvələrə” ehtiyac duyacağını bildirib. “Mənim gözləntilərim Qəzza xalqı üçün yenidən qurulacaq Qəzzadır”, – deyə Netanyahu yekunlaşdırıb. (Tass)