İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatın əsas məqsədi radikal Həmas hərəkatını məğlub etməkdir.
Netanyahu yəhudi dövlətinin Müstəqillik Gününə həsr olunmuş mərasimlərdən birində deyib: “Bizim çoxlu məqsədlərimiz var, oğurlanan 59 nəfəri geri qaytarmaq istəyirik, lakin müharibənin daha yüksək məqsədi var və bu, düşmənimiz üzərində qələbədir”. Baş nazirin çıxışı İsrailin əsas televiziya kanallarında yayımlanıb. (Tass)