İsrail anklavı tərk etmək istəyən qəzzalıların məskunlaşdırılması üçün xüsusi departament yaradıb, lakin onlara ev sahibliyi edən ölkələrə ehtiyac var və İsrail tərəfi bunun üzərində işləyir. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz onların (Qəzzə zolağının sakinlərinin ) getməsinə icazə verəcək administrasiya yaratdıq, lakin bir problem var: bizə ev sahibliyi edən ölkələr lazımdır. Hazırda bunun üzərində işləyirik”, – bəyanatları baş nazirlik tərəfindən yayılan Netanyahu bildirib.
Onun sözlərinə görə, “əgər siz onlara (Qəzzə sakinlərinə ) getmək imkanı versəniz, yarıdan çoxu gedəcək”. “Ancaq orada (Qəzza zolağında ) HƏMAS hərəkatı olmayacaq”, – o əlavə edib.
Baş nazir həmçinin əmin edib ki, İsrail yaxın günlərdə Qəzza zolağında hərbi əməliyyatı başa çatdırmaq üçün “tam güclə” başlayacaq və bu, radikal HƏMAS hərəkatının məğlubiyyəti demək olacaq. “Yaxın günlərdə Qəzza zolağında əməliyyatı başa çatdırmaq üçün tam gücümüzlə başlayacağıq. Əməliyyatı başa çatdırmaq HƏMAS-ı sıxışdırmaq, məhv etmək deməkdir”, – o deyib. (Tass)