İsrailin baş naziri Benyamin Netanyahu fevralın 2-də ABŞ-a uçacaq və orada Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsinə dair sazişin növbəti mərhələlərini müzakirə etmək üçün prezident Donald Trampla görüşmək niyyətindədir. Bu barədə TASS-a İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
“Baş nazir Donald Trampla görüşmək üçün fevralın 2-də ABŞ-a uçur. Bir sıra mövzular, xüsusən də sazişin sonrakı mərhələləri müzakirə olunacaq”, – o deyib.
“Netanyahunun ofisi təsdiqləyib ki, “baş nazir sabah səhər (2 fevral) prezident Donald Trampla görüşmək üçün ABŞ-a uçacaq”. Departament qeyd edib ki, “Netanyahu ABŞ prezidenti Trampın andiçmə mərasimindən sonra qəbul edəcəyi dövlətin ilk lideri olacaq”. “Bu tarixi görüşdə liderlər Qəzzadakı vəziyyəti, girov problemini, İranın şər oxunun bütün elementləri ilə mübarizəni və digər əsas məsələləri müzakirə edəcəklər”, – baş nazirin ofisindən bildirilib. (Tass)