İsrailin baş naziri Benyamin Netanyahu fevralın 3-də ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır. Bu barədə Walla portalı məlumat yayıb , onun məlumatına görə, İsrail Nazirlər Kabinetinin rəhbəri fevralın 5-də vətəninə qayıtmaq niyyətindədir.
Bununla belə, Walla-nın sözlərinə görə, Netanyahunun müşavirləri və Ağ Ev nümayəndələri hələ də Netanyahu ilə Tramp arasında görüş üçün dəqiq tarix barədə razılığa gəlməyə çalışırlar. Portal İsrail rəsmilərinə istinadən qeyd edir ki, Netanyahunun Vaşinqtona gəlişi həm də baş nazirin son əməliyyatdan sonra sağlamlığından asılıdır.
Yanvarın 25-də N12 telekanalı Netanyahunun fevralın birinci yarısında Vaşinqtonda Trampla görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, iki siyasətçi arasında görüş hətta Qəzza zolağından girovların azad edilməsi üzrə sövdələşmənin birinci mərhələsi başa çatmamış da baş tuta bilər. (Tass)