İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığında Amerika liderinin Vaşinqtona İordan çayının qərb sahilindəki yəhudi məskunlaşmalarına qarşı sanksiyalar tətbiq etməsinə icazə verən fərmanından narazılığını bildirib. Bu barədə Axios portalı fevralın 11-də baş tutan söhbətin məzmunu ilə tanış olan mənbələrə istinadən xəbər verir.
Mənbələr bildiriblər ki, Netanyahu Baydenə İsrailin zorakılığı azaltmaq üçün gördüyü tədbirlərdən sonra “[ABŞ] prezidentinin məskunlaşanların hücumlarının sayı azaldığı halda niyə sərəncam vermək qərarına gəldiyini anlamadığını” deyib. Portalın qeyd edib ki, İsrail baş nazirinin ABŞ prezidentinin fərmanından artan narazılığı bu fərmanın və sonrakı sanksiyaların bütün məskunlaşma fəaliyyəti üçün “görünməmiş nəticələrə gətirib çıxara biləcəyi” qorxusundan xəbər verir.
NBC-nin daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, Bayden son həftələrdə şəxsi olaraq dəfələrlə Netanyahunun hərəkətlərindən narazılığını bildirib və onun haqqında nalayiq ifadələr işlədib. (Tass)