İsrailin baş naziri Binyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri ABŞ prezidenti Co Baydenlə növbəti dəfə danışıb.
“Mən indicə prezident Baydenlə danışdım və dünənki son söhbətimizdən sonra söylədiyi güclü ruhlandırıcı sözlərə və İsrail dövlətinə göstərdiyi qeyd-şərtsiz dəstəyə görə ona təşəkkür etdim”, – Netanyahu mətbuat xidmətinin verdiyi açıqlamada bildirib. (Tass)