Cümə günü axşam saatlarında İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyə iqamətgahı qarşısında aksiyaya toplaşan nümayişçilərin izdihamı Fələstinin radikal Həmas qruplaşmasının saxladığı girovların azad edilməsi üçün hökumətin təcili tədbirlər görməsini tələb edib. Bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.
Aksiyada 300-dən çox insan, o cümlədən HƏMAS tərəfindən əsir götürülən onlarla israilli ailə üzvləri iştirak edib. Etirazçılar Netanyahu və hökumətini yaxınlarının azadlığa buraxılması üçün yetərincə hərəkət etməməkdə günahlandırıblar. Girov Ailələr Forumunun baş nazirə ünvanladığı bəyanatda deyilir: “Biz sizə 105 gündür yalvardıq və indi sizdən girovları öldürməyi dayandırmağı tələb edirik.
İsrail hakimiyyəti hesab edir ki, Qəzzada 132 girov radikallar tərəfindən əsir götürülməkdə davam edir. Eyni zamanda, İsrail Müdafiə Qüvvələri Qəzzada fəaliyyət göstərən bölmələri tərəfindən alınan yeni kəşfiyyat və məlumatlara istinad edərək, onlardan 27-nin ölmüş ola biləcəyinə inanır. (Tass)