İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarının ilkin siyahısını alıb. Bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail adların ilkin siyahısını aldığını təsdiqləyir. Rəsmilər siyahının təfərrüatlarını yoxlayır və girovların ailələri ilə əlaqə saxlayır”, – X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilən bəyanatda deyilir. (Tass)