May 19, 2025-4:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Niderlandlı tədqiqatçılar Botanika İnstitutunda olublar

2025:05:01 - 17:47
in SOSİAL
A A

Niderlandın Hortus Botanikus Leiden Universitetinin botanikləri Rogian van Vugt, Petra Sonius, eləcə də Belçikadan olan botanik Mark Verbeek Azərbaycanın İsmayıllı, Şəki, Qax və digər rayonlarından topladıqları səhləb növlərinin müzakirəsi məqsədilə Botanika İnstitutunda olublar.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı baş direktor, professor Səyyarə İbadullayeva qonaqlara institutun elmi-tədqiqat fəaliyyəti çərçivəsində endemik növlərin statusunun müəyyənləşdirilməsi mövzusunda ətraflı məlumat verib. Səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinə daxil olan “Xarıbülbül” bitkisi haqqında geniş müzakirə aparılıb.

Qonaqlar institutun laboratoriyaları, Botanika Muzeyi və Herbari Fondunu ziyarət ediblər. Onlar Azərbaycanın flora müxtəlifliyinin elmi əsaslarla sənədləşdirilməsi və qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, Hortus Botanikus Leiden Universiteti ilə Botanika İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün müraciət ediblər.

Mark Verbeek, həmçinin sosial şəbəkə hesabında Botanika İnstitutunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, “Böyük Avropada qiymətli səhləblərimizə Azərbaycan qədər hörmət edən ikinci ölkə yoxdur” fikrini paylaşıb.

 

Əvvəlki Yazı

Axios: ABŞ-İran danışıqlarının dördüncü raundu mayın 3-də baş tutmaya bilər

Növbəti Yazı

“İqtisadi təlimlər tarixi” kitabı çapdan çıxıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.